Ərzaq allergiyasının geni aşkar edildi


Amerikalı alimlər yemək allergiyasının genini aşkar ediblər.

Afn.az xəbər verir ki, bu barədə "Medvesti" nəşri məlumat yayıb. Mütəxəssislər bununla bağlı eksperiment həyata keçiriblər. Müxtəlif yaş qruplarından olan 2700 nəfərin iştirak etdiyi eksperimet zamanı insanlarda yeməklə əlaqəli allergiya törədən genlər aşkarlanıb. Tədqiqatlar göstərib ki, HLA-DR və HLA-DV genləri 20% hallarda yer fındığından yaranan allergiyadan ötrü cavabdehlik daşıyırlar.
Bundan əlavə, qeyd etmək lazımdır ki, allergiyanın inkişafına genlərlə yanaşı, yeməkdən tutmuş ekologiyaya qədər digər çoxsaylı faktorlar da ciddi təsir göstərir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu