Azərbaycanla İran arasında məhkum mübadiləsi


Azərbaycanla İran arasında məhkum mübadiləsi həyata keçirilib.


Afn.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə istinadən məlumatına görə, “Azərbaycan və İran İslam respublikaları arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkmək üçün verilməsi haqqında” 21.02.1998-ci il tarixli müqaviləyə və birgə əldə olunmuş razılığa əsasən, 12.03.2016-cı il tarixdə cəzanın qalan hissəsini çəkmələri məqsədilə Penitensiar Xidmətin tabe müəssisələrində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan 5 nəfər məhkumun Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli nümayəndələrinə təhvil verilməsi həyata keçirilib.

Eyni zamanda cəzanın qalan hissəsini çəkmələri üçün 6 nəfər Azərbaycan vətəndaşı İrandan ölkəmizə qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu