​Bərdədə qadını maşın vurub, piyada hadisə yerində ölüb


Bərdə rayonunun Qazqurdalı kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report" xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən yaşlı qadını vurub.
Qəza nəticəsində 60 yaşlı rayon sakini Hüseynova Sona Əli qızı hadisə yerində ölüb.
Bərdə rayon Polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu