​Bakıda ev yanıb, bir nəfər xəsarət alıb


Bakıda mənzildə yanğın olub, hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb.


"Report"un məlumatına görə, hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, bina 47-də baş verib.
Yanğın doqquzmərtəbəli binanın yeddinci mərtəbəsində qeydə alınıb.
Yanğın nəticəsində bir nəfər xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Faktla bağlı araşdırma aparılır



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu