Laçın icra başçısı vəzifəsi YAP rayon təşkilatının sədrinə həvalə olunub


Laçın Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri Yeni Azərbaycan Partiyasınını (YAP) Laçın rayon təşkilatının sədri Aqil Nəzərliyə həvalə olunub.

"Report" xəbər verir ki, A.Nəzərli indiyədək Laçın RİH başçısının müavini vəzifəsində çalışıb.
A.Nəzərli artıq RİH əməkdaşlarına təqdim olunub.
Xatırladaq ki, bu il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akif İsmayıl oğlu Səlimovun Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu