Bakıda qanunsuz tikililər sökülür - Yaşıllıq naminə


Bakı şəhərinin yaşıllıq zonalarının qorunması və genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Bu, birbaşa ölkə başçısının nəzarəti altındadır.


"Qafqazinfo" xəbər verir ki, paytaxtın yaşıllıq zonalarındakı qeyri-qanuni inşaat işlərinin qarşının alınması üçün qanunvericilik çərçivəsində sərt mübarizə aparılmasının zəruriliyi barədə ölkə başçısı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib. O cümlədən vaxtilə paytaxtın Şıx çimərliyi ilə üzbəüz yerləşən və ümummilli lider Heydər Əliyevin iştirakı ilə salınmış “Dostluq” parkı ərazisindəki qeyri-qanuni tikililərin sökülməsi barədə göstəriş verilmiş, göstəriş 2000-ci illərin sonunda icra olunmuşdu. Təəssüf ki, sonradan həmin ərazidə yenidən qanunsuz tikinti aparılmış, ötən il təkrar olaraq bu tikililərin söküntüsünə başlanıb.

Bundan əvvəl Bakının Suraxanı rayonu ərazindəki hərbi hissəsinin yaxınlığında yerləşən yaşıllıq zonasında, Sabunçu rayonu ərazisindəki Mərkəzi parkda, eləcə də Binəqədi və Nərimanov rayonu ərazilərində aşkar edilmiş qanunsuz tikililərin söküntüsü həyata keçirilmişdir. Paytaxtda qanunsuz tikililərlə mübarizəyə digər dövlət strukturları da cəlb edilmiş, ötən il daxili işlər orqanları tərəfindən aparılmış əməliyyat zamanı yaşıllıq zonalarında qanunsuz torpaq alqı-satqısı aparmaqda şübhəli bilinən iş adamı saxlanıb.
Hazırda isə Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığındakı “Zeytunluq” deyilən yaşıllıq zonasında qeyri-qanunu tikilinin sökülməsinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada qeyd edilir ki, bundan sonra da paytaxtın ümumi memarlıq ansamblını pozan, ekoloji gərginlik yaranmasına səbəb olan qeyri-qanuni tikililər aşkarlandıqca onların söküntüsü davam etdirələcək, dövlət başçısının Bakını ekoloji baxımdan dünyanın ən gözəl və ən abad şəhərlərindən birinə çevrilməsi istiqamətində verdiyi tapşırıqlar yerinə yetiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu