Toydan qayıdan qohumlar qəzaya düşdü- 2 ölü, 9 yaralı


Türkiyədə toydan qayıdan qohumlar qəzaya düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib. Qəzaya səbəb isə 26 yaşlı sürücü Şevket Açıkgözün avtomobil hərəkətdə olarkən idarəetməni itirməsidir.

Hadisədə 9 aylıq uşaq və bir qadın həlak olub. Doqquz sərnişin isə yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu