Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlir


Pakistanın prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycana səfər edəcək.

APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında reallaşacaq.

3 günlük səfər zamanı Pakistan prezidentini rəsmi şəxslər və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Onların arasında Pakistan Nazirlər Kabinetinin üzvləri, yüksək çinli məmurlar, energetika sektorunda çalışan böyük şirkətlərin nümayəndələri, yüngül sənaye və digər sahələri təmsil edən iş adamları var.

Danışıqlar zamanı əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək. Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq. Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək.

Pakistan prezidenti M. Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 10 il ərzində Pakistana humanitar yardım sahəsindəki xidmətlərinə görə Pakistanın ali «Hilal-e Pakistan» ordenini təqdim edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu