Günəşli hava qayıdır


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 23 və 24-ə olan hava proqnozunu açıqlayıb.

Qurumdan verilən məlumata görə, martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq.

Martın 23-də Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Martın 24-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu