Belçikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi


Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.

Bunu Trend-ə səfirlikdən deyiblər.

Diplomatik missiyalar bu ölkədə yaşayan, müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.

Qeyd edək ki, bu gün Brüssel aeroportunda və metrosunda baş vermiş partlayışlar nəticəsində 27 nəfər ölüb, 35 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu