"Azərişıq" yeni loqosunu təqdim edib


“Azərişıq” ASC-nin fəaliyyətə başlamasından bir ay keçir.

Lent.az xatırladır ki, prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək.

Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Qurumun mətbuat xidmətindən sayta verilən məlumata görə, ASC bu gündən yeni loqo ilə fəaliyyət göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu