Tovuzda 58 yaşlı kişi özünü körpüdən ataraq öldürdü


Tovuzda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Hilal Bağırov özünü kənd ərazisindəki körpüdən ataraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu