Sərhəddə xeyli qaçaqmal siqaret aşkar olunub


Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycanın aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

AFN.az DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib.

Həmin avtomobildən Belarus və Gürcüstanın aksiz markaları ilə markalanan külli miqdarda “NZ”, “Marlboro”, “Pirveli”, “Parliament”, “Kent”, “Corset”, “Winston” adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu