Müğənni Yusif Mustafayevi tok vurdu


Müğənni Yusif Mustafayevi tok vurub.

O, 15 saat komada qalıb.

AFN.az-ın xəbərinə görə, sənətçi bu barədə ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində bildirib. Deyib ki, “1981-ci ildə məclislərin birində məni tok vurdu. Məclisə getmişdim və mikrofonun naqilini yoxlayanda məni elektrik cərəyanı vurdu. O mənim qismətim idi. Bu yaşa gəlmişəm, həyatda bir düşmənim belə yoxdur. Hamıya can deyib, can eşidirəm. O zaman sənətdə irəliləyən zamanda başıma bu hadisə gəldi. Cərəyan qanıma keçmişdi. 15 saat komada qaldım. Gözümü açanda başımın üstündə atamı gördüm. Soruşdum ki, ata mən haradayam?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu