Somalidə dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsi sabah Azərbaycana gətiriləcək


Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsinin Azərbaycana gətirlməsi üçün hazırlıqlara başlanılıb.


Bunu "Report"a dünyasını dəyişən Kamaliya İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılovun dayısı Tofiq Mikayılov bildrib. Onun sözlərinə görə, cənazənin Azərbaycana gətirilmasi üçün lazım olan sənədlər təqdim olunub: "Bu gün günorta saatlarında Əflatun İsmayılovnan danışdım. O da mənə dedi ki, cənazənin Azərbaycana gətirliməsi işləri ilə məşğuldur. Bunun üçün lazım olan bütün sənədlər təqdim olununb. Sabah cənazə ilə birlikdə Türkiyəyə gedəcəklər, oradan da Azərbaycana gələcəklər".
T.Mikayılov əlavə edib ki, Əflatun İsmayılov və onun ailəsi bir il idi ki, Somalidə yaşayırdılar. Hadisə Kamaliya uşaqları məktəbə aparan zaman baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu