Ordumuz daha bir yüksəkliyi və kəndi işğalçılardan təmizlədi


Ağdərədə Keçəltəpə yüksəkliyi artıq ordumuzun nəzarətindədir.

AFN.az xəbər verir ki, bu barədə "Region" TV-də xəbər verilib. TV-nin qeyd edilən istiqamətdə olan xüsusi müxbiri bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi əvvəlcədən də bəyan etdiyi kimi, düşmənin həmlələrinə kəskin cavab verib. Belə ki, təxminən iki saat əvvəl ermənilərin başlatdığı həmlə Keçəltəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsilə nəticələnib.
Azərbaycan Ordusu Ağdərənin Madagiz kəndini də tam nəzarətinə alıb. Bu gün axşam saatlarında Azərbaycan ordusu işğal altında olan Qarabağda Ağdərə rayonunun Madagiz yaşayış məntəqəsini ələ keçirib.
Virtualaz.org xəbər verir ki, bu məlumat Azərbaycan Müdafiə Nazirliyindən verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu