Tərtər Rayon İcra Hakimiyyəti rəsmi məlumat yayıb


Tərtər Rayon İcra Hakimiyyəti aprelin 2-də gecə saatlarından bəri cəbhə bölgəsində vəziyyətin gərginləşməsi nəticəsində həlak olan və yaralanan, həmçinin rayona dəymiş ziyanla bağlı rəsmi məlumat yayıb.

İcra hakimiyyətindən verilən məlumata görə, Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Həlak olanlar 1993-cü il təvəllüdlü, Tərtər rayon sakini Orxan Valeri oğlu Rəhimov, 1992-ci il təvəllüdlü, Gəncə şəhər sakini Fərman Elçin oğlu Əsədov və 16 yaşlı Kəlbəcər rayonundan məcburi köçkün Turanə Kamandar qızı Həsənovadır.
Yaralılar isə aşağıdakılardır:
1993-cü il təvəllüdlü Sadiq Natiq oğlu Əliyev, Bakı şəhəri Binəqədi rayonu
1951-ci il təvəllüdlü Zahid Vəli oğlu Vəliyev, Tərtər sakini
2003-cü il təvəllüdlü Sənan Samid oğlu Vəlizadə, Tərtər sakini
1960-cı il təvəllüdlü Cəlal Saday oğlu Rəhimov, Tərtər sakini
1984-cü il təvəllüdlü Mehbarə Nəbi qızı Əliyeva, Tərtər sakini
1986-ci il təvəllüdlü Kəmalə Əjdər qızı Ağayeva, Tərtər sakini

Məlumatda o da qeyd olunub ki, son bir neçə gündə Azərbaycan yaşayış məntəqələri şiddətli atəşə tutulduğundan, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Rayonda şəhər mərkəzi olmaqla bərabər, 162 evə artilerriya mərmiləri düşüb. Nəticədə evlərin çoxu darmadağın edilib. Hazırda rayonda dəymiş ziyanın miqdarı hesablanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu