İranlı baş məşqçi: "İnşallah, haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar"


Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri son günlər cəbhə xəttində baş verənlərə münasibət bildiriblər.


"Report"un məlumatına görə, baş məşqçi Cəmşid Xeyrəbadi ermənilərlə döyüşlərdə şəhid olanlara rəhmət, əzizlərinə və Azərbaycan xalqına başsağlığı verib.
O deyib: "İnşallah, haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar".
Güləşçi Elvin Mürsəliyev döyüşlər zamanı Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinin qürurverici olduğunu vurğulayıb: "Qardaşlarımız cəbhədə şəhid olub, yaralananlar var. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olub".
Onun komanda yoldaşı Kamran Məmmədov isə cəbhədə Azərbaycan ordusunun üstünlük əldə etməsinin hamıya böyük ruh yüksəkliyi verdiyini söyləyib. O, şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, səbr diləyib: "İnanıram ki, gün gələcək, Azərbaycan bayrağı Şuşaya, Xankəndiyə sancılacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu