Sabah əsl yaz havası olacaq


Aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Afn.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21, Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam ayrı-ayrı qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 9-11-də Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu