Şəmkirdə partlayış baş verib - XƏSARƏT ALAN VAR


Şəmkirdə partlayış baş verib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv.m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb. Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu