Şəhid pilotlar və polkovnik dəfn edildi


Azərbaycanın şəhid pilotları dəfn edilib.

AzVision.az xəbər verir ki, şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, silahlı qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, hərbi hava qüvvələrinin komandanı, general-leytinant Ramiz Tahirov da iştirak edib.

Yaylım atəşi açıldıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib. Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu