Erməni hərbçi ailələrinin kreditləri silinməyəcək - “VTB” təkzib etdi


"Bank VTB" aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə bankın mətbuat xidmətindən deyiblər.

VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır.

Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu