Bu gün Həsən Həsənovun doğum günüdür


Bu gün Ermənilər tərəfindən girov götürülərək öldürülən Həsən Həsənovun doğum günüdür. Həsənin 38 yaşını onsuz qeyd edən ailə üzvləri, dostları onun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.


Afn.az ANS TV-yə istinadən xəbər verir ki, Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb. Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.

Onun dostları Dilqəm və Şahbaz isə iki ildir Ermənilərin uydurduğu Qondarma Dağlıq Qarabağ hakimiyyətinin qərarı ilə həbsdə saxlanılır. Mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi kəlbəcərli girovlarımıza baş çəkərək onlardan ailələrinə xəbər gətirir. Beynəlxalq Qızıl Xaç Komitəsi sonuncu dəfə girovlarımızla martın 10-da görüşüb.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov aprelin 2-də təmas xəttində gərginlik vaxtı Beynəlxalq Qızıl Xaç Komitəsinə görüş üçün müraciət etdiyini bildirib. Lakin ona komitədən son günlər cəbhə bölgəsində yaşanan gərginliyə görə bunun mümkün olmadığını söyləyiblər.

Həsən Həsənovun atası Fərman Həsənov isə ordumuzun Lələ təpəni azad etməsi və öldürülən erməni əsgərlər xəbərindən çox böyük təsəlli tapdığını bildirdi. “Mən oğlumun qanı yerdə qalmadı deyə xeyli təsəlli tapdım”, - Fərman Həsənov söylədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu