Dövlət Turizm Reyestri yaradılacaq


Azərbaycanda turizm müəssisələri üçün Dövlət Turizm Reyestrinin yaradılması nəzərdə tutulur.


Bunu AFN.az-a Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib. Onun sözlərinə görə, Dövlət Turizm Reyestrinin yaradılması "Turizm haqqında" yeni qanun layihəsinə daxil edilib.
M.Qəhrəmanov deyib ki, dövlət reyestrinə daxil olan, uyğunluq sertifikatı olan turizm müəssisəsinin fəaliyyəti qanunauyğun hesab olunacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycandakı hotellər üçün hazırda könüllü qaydada həyata keçirilən sertifikatlaşdırmanın məcburi qaydada tətbiqi planlaşdırılır: "Turizm sənayesində olan bütün hotellərə nəzarət mexanizmi kimi planlaşdırırıq ki, sertifikatlaşdırma məcburi olsun. Lakin bu, hələ təklifdir. Bununla bağlı hələlik qəti fikrə gəlinməyib".
Fəxriyyə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu