Bakıda 20 yaşlı qadın özünü körpüdən atdı


Bakıda intihara cəhd hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Bir övlad anası olan 20 yaşlı Afiyə Sadıqova Tiflis prospektindəki körpüdən özünü atıb. Qadın çoxsaylı sınıq xəsarətləri alsa da, sağ qalıb. Onu 1 saylı Şəhər Klinik Xəstəxanasının ərazidən keçən həkimi öz şəxsi avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər qadının həyatını xilas edə biliblər.

Hüquq-mühafizə orqanlarından sayta verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb. Ötən axşam isə 20 yaşlı qadın körpüdən özünü ataraq, intihar etmək istəyib. Onun intihara cəhd etməsinin səbəbinin ailəsindəki münaqişə olduğu ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu