17 düşməni məhv edib, snayper gülləsinə qurban gedən şəhidimiz- FOTO


Son günlər cəbhədəki döyüşlərdə şəhid olan vətən oğullarından biri də müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadə olub.

Adil Adilzadə Mingəçevirdə doğulub, cəbhədəki son silahlı qarşıdurmada qəhrəmancasına həlak olub. Aprelin 11-də doğulduğu Mingəçevir şəhərində dəfn mərasimi keçirilən Adil Adilzadə Tərtər istiqamətində gedən döyüşlərdə 17 erməni hərbçisini məhv edib. O, hərbi xidmətdəki işinə yenicə başlamışdı. Aprelin 17-də doğum gününü qeyd etməyə hazırlaşırdı. Qarşı-qarşıya döyüşdə əsgərimizlə bacarmayan düşmən tərəfi onu snayperdən açılan atəşlə şəhid edib.
Şəhidimizə Allahdan rəhmət diləyirik!

Cebhe.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu