Oqtay Əsədov: Öz dilində danışmayan, öz dilini bilməyən elita milli elita sayılmır


Millət vəkili Tahir Kərimli Milli Məclisin bugünkü iclasında Bakı şəhərində Azərbaycan dilinə sayğısızlığın olmasından şikayətlənib.


APA-nın məlumatına görə, T. Kərimli deyib ki, şəhərdə az qala uşaqlar da rus dilində danışır. T. Kərimli bildirib ki, xüsusən milli elitaya daxil olan bir sıra şəxslər Azərbaycan dilində danışmırlar. Millət vəkili bu kimi hallara nəzarət edilməsini vacib sayıb.
Spiker Oqtay Əsədov isə qeyd edib ki, öz dilində danışmayan, dilini bilməyən elita milli elita sayılmır: “Azərbaycan dili dövlət dilidir. Azərbaycanda həm də rusdilli məktəblər var. Lakin mən elə bir dövlət təşkilatı tanımıram ki, orada Azərbaycan dilində danışmasınlar. Dövlət dili ilə bağlı qanunlar qəbul etmişik və çalışmalıyıq ki, bu qanunları pozmayaraq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu