Bakının şimal girişində hərəkət qismən məhdudlaşdırılır


Bu gün saat 22:00-dan aprelin 19-u səhər saatlarınadək Bakı şəhərinin şimal girişində, Bakı-Quba-Rusiya sərhədi avomobil yolunun paytaxta doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.


“Azəravtoyol” ASC-dən “Report”a bildirilib ki, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu səbəbdən həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakıya doğru istiqamətdə avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.
Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” vətəndaşlardan üzr istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu