​Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq


Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.


İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, aprelin 20-də keçiriləcək təməlqoyma mərasimindən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək.
Görüşdə komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və iki ölkənin digər rəsmi şəxsləri iştirak edəcək.
Toplantıda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu