QMİ “Şəhidlər” məscidinin istifadəyə verilməsi xəbərinə münasibət bildirib


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) “Şəhidlər” məscidinin təmirdən sonra istifadəyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, məsciddə təmir işləri davam edir, ibadət evi hələlik kütləvi tədbirlər, kütləvi ibadət üçün açıq deyil.

"Məscidə axund və imam da bu səbəbdən hələlik təyin olunmayıb. Təmir işləri başa çatıb, məscid kütləvi ibadətə açılandan sonra axund və imam təyinatı da olacaq. Bununla belə, Şəhidlər Xiyabanına gələnlər fərdi şəkildə məscidə gedə və ibadət edə bilər”, - deyə mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, bəzi mətbuat orqanlarında “Şəhidlər” məscidinin artıq istifadəyə verildiyi, axund və imam təyinatının olması barədə xəbərlər yayılıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu