Rəsmi Kreml: Lavrov İrəvana Qarabağa görə gedir


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana 21-22 aprel tarixlərində nəzərdə tutulan səfərinin proqramı açıqlanıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.

Səfər çərçivəsində Lavrovun Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılır.

“Danışıqlar zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edəcəklər. Görüşdə xüsusi diqqət bu yaxınlarda gərginliyin müşahidə olunduğu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə ayrılacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu