Azərbaycan-İran sərhədində dəmir yolu körpüsünün təməli qoyulub


Azərbaycan-İran sərhədində Azərbaycanın Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.


Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezİ, eləcə də iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Möhsün Purseyid iştirak ediblər.

Dəmir-beton körpüsünün uzunluğu 82,5 metr, eni 10,6 metr təşkil edəcək, onun 4 dayağı, 3 aşırımı olacaq, aşırımın uzunluğu 27,5 təşkil edəcək. Körpünün tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarını birləşdirəcək və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin hissəsi olan Astara (Azərbaycan)-Astara (İran) sahəsinin əsas hissəsi olacaq.(Trend)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu