Ucarda güclü külək nəticəsində ağac avtomabilin üstünə aşıb


Ucar rayonunda güclü külək nəticəsində iri gövdəli ağac minik maşinin üstünə aşıb.


"Report"un məlumatına görə, hadisə rayonun Oğuz küçəsində baş verib. Rayonun Bərgüşad kənd sakini Pünhan Abdurrahmanova məxsus olan "VAZ-2106" markalı minik maşınını yol kənarında saxlayaraq ətrafda olan bakomata yaxınlaşıb. Avtomaşından uzaqlaşan sürücü anidən ağacın ona məxsus olan minik maşının üstünə aşdığını görüb.
Dərhal şəhər icra nümayəndəliyinin işçi briqadası əraziyə cəlb olunub. Avtomaşının üzərinə aşan ağacı kəsib dograyaraq yolu təmizləyiblər. Təbii fəlakət səbəbində ağacın altında qalan minik maşını yararsız hala düşüb.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu