“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 2016-cı il üçün ilk sayı çapdan çıxıb


Azərbaycan Turizm və Menecment Universitetinin əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 2016-cı ildə I sayı çapdan çıxıb.


Universitetdən AFN.az-a verilən məlumata görə, jurnalın bu sayında yerli və xarici alimlərin 23 məqaləsi yer alıb. Məqalələrdə turizmin inkişafı, bu sahənin inkişafına təsir edən amillər, dünyada baş verən proseslərin turizmin inkişafına təsiri, turizmin iqtisadi inkişafa təsirləri, mədəni irsin inteqrasiyasında turizmin rolu, eləcə də turizm sahəsində kadr potensialının inkişafının tədqiqinə geniş yer verilib.
Nəşrdə yer alan mədəniyyət və turzm naziri Əbülfəs Qarayevin “Azərbaycanda turizmin inkişaf meyarları” adlı məqalə jurnalın baş yazısı olmaqla, Azərbaycanda turizm bazarının əsas meyllərinin tədqiqinə həsr olunub. Məqalədə Bakıda və regionlarda turizm infrastrukturunun yaradılması sahəsində görülən işlərə, ölkədə keçirilən müxtəlif turizm tədbirləri, eləcə də milli mədəni dəyərlərin təbliği ilə bağı görülən işlərin təhlilinə geniş yer verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu