Yol polis əməkdaşı qəza törədib


Hadisə Sabunçu-Maştağa yolunda qeydə alınıb.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi “VAZ-21015” markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21015”in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu