Şamaxıda 3 “Mercedes” toqquşdu


Şamaxıda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Ötən gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində 02-BN-213 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn 90-GL-244 dövlət nömrə nişanlı, “Mercedes”lə toqquşub. Zərbənin təsirindən avtomobillər yolla hərəkət edən 99-HC-092 dövlət nömrə nişanlı başqa “Mersedes”ə çırpılıb. Hadisə zamanı Şamaxı və Göyçay sakinləri olan 1960-cı il təvəllüdlü Səmədov Əliağa Əlihəbib oğlu, 2001-ci il təvəllüdlü İlyasova Şəlalə Elşən qızı, 1965-ci il təvəllüdlü Qürbətova Qızxanım Təvəkkül qızı, 1962-ci il təvəllüdlü Məmmədova Xalidə Dadaş qızı, 1961-ci il təvəllüdlü Zərbəliyev Novruz Təvəkkül oğlu, 1972-ci il təvəllüdlü Zərbəliyeva Mirvari Təvəkkül qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu