Vüsal Qasımlıya yeni vəzifə verildi


Mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Bu barədə Azərtac-a Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, aprelin 20-də Azərbaycan prezidenti tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb və Mərkəzin Müşahidə Şurasının üzvləri təyin edilib. Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynovdur.

İclasda Mərkəzin fəaliyyətinin təşkili və strateji inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin edilib. Vüsal Qasımlı iqtisad üzrə fəlsəfə doktorudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu