Astarada avtomobil piyadanı vuraraq öldürüb


Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun "Ləvəngi" ərazisndə qeydə alınıb.
Belə ki, "Hundai" markalı avtomobil yolu keçmək istəyən Astara rayon sakini, 54 yaşlı Zahirağa Bağırovu vurub. Ağır bədən xəsarətləri alan Z.bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu