“Ramiz Rövşənə bu cür çirkin böhtan atmağı heç vaxt özümə yaraşdırmıram”


“Yafəs Türksəsin bu gün verdiyi müsahibədə mənim adımdan səsləndirdiyi fikirlər ağ yalandır. Mən o qədər qeyri-ciddi adam deyiləm ki, bu cür sözlər deyim”. Bunu yazıçı Kənan Hacı bildirib.

Kənan Hacı deyib: “Mən Ramiz Rövşəni Azərbaycanın ən böyük şairlərindən, ziyalılarından biri sayıram. Onun dürüstlüyü, təmizliyi, halallığı ondan sonra gələn bütün ədəbi nəsillər, o cümlədən bizim nəsil üçün bir nümunədir. Ölkəmizin, xalqımızın ən böyük ziyalılarından birinə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmıram. Mən o əxlaqın, tərbiyənin yiyəsi deyiləm”.

Xatırladaq ki, şair Yafəs Türksəs Aznews.az-a veridiyi müsahibədə Kənan Hacının adından bunları bildirib: “O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi”.( Sim-sim.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu