Prezident Qələbə bayramı mərasimində iştirak edib


İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Bakıda mərasim keçirilib.


“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyan Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin, xalqımızın igid oğul və qızlarının, tarixi Qələbənin qazanılmasında payı olan milyonlarla insanın əziz xatirəsini dərin ehtiramla yad edib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu