Naməlum avtomobil piyadanı vurub qaçdı


Tovuzda naməlum avtomobil piyadanı vuraraq, hadisə yerindən qaçıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz-Əlibəyli avtomobil yolunda Əlibəyli kənd sakini, 1959-cu il təvəllüdlü Zirəddin Abdiyev naməlum avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü avtomobili ilə ərazidən uzaqlaşıb. Xəsarət alan şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ağır kəllə-beyin travması və sol baldır sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu