Ermənilərin atdığı fosforlu mərmi belə partladıldı- FOTO


Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu