Astara rayonunda ağır yol qəzası baş verib - 4 nəfər həlak olub


Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün səhər saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu