​Məhkəmə AMİP-in tanınmış şirkətə qarşı apellyasiya şikayətinə baxıb


Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) “Azimport” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


“Report”un məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, AMİP-in apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, AMİP “Azimport” MMC-ni məhkəməyə verib.
Partiya tanınmış şirkətdən pulun tutulması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərardan narazı qalan AMİP apellyasiya şikayəti verib.
AMİP-in nümayəndəsi Ənnağı Məmmədli “Report"a açıqlamasında bildrib ki, “Azimport” şirkəti partiyanın rayon təşkilatının ofisini icazəsiz söküb: “Partiyanın Səbail rayonu Xanlar küçəsi, 8 ünvanında istifadə olunmayan 47 kvadratmetrlik ofisi yerləşirdi. Şirkət 2014-cü ilin oktyabr ayında partiyaya məlumat vermədən həmin ofisi söküb. Söküntü zamanı partiyanın rayon təşkilatına aid olan əmlak və arxiv sənədləri məhv olunub. Həmin siyahı ilə bağlı akt tərtib olunaraq, partiyaya 5 min manatdan artıq ziyan dəyib. Şirkət tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. Məhkəmə iddiamızı təmin etmədi. Həmin qərardan apellyasiya şikayəti verdik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu