Sabah Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq



Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Afn.az-a verilən məlumata görə, mayın 17-də paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu