Sabiq vəzifəli şəxsin həbs müddəti uzadıldı


Binəqədi Rayon Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

İstintaq orqanının verdiyi təqdimat təmin olunub və F.Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, F.Seyidov 2015-ci ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur. Bundan əvvəl Binəqədi Rayon Məhkəməsinin qərarı ilə F.Seyidov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu