Tərtərdə top mərmisi tapıldı


Tərtər rayonunda top mərmisi aşkar edilib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar olunaraq götürülüb, 14 000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə və 1 əkin sahəsində 18 partlayış yerinə baxış keçirilib, 7200 kv.m ərazi yoxlanılıb.

Qazyan kəndi - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 510 kv.m ərazi yoxlanılıb.

Cəmi: 3 ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, 29 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar olunaraq götürülüb, 21 710 kv.m ərazi təmizlənib.

Ağdam rayonu

Çəmənli kəndi - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 18 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 610 kv.m ərazi yoxlanılıb.

Mayın 17-də 3 ev və həyətyanı sahədə, 8 əkin sahəsi, 35 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar edilərək götürülüb, gün ərzində 40 320 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 17 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 489 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu