Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verildi


Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara ilk dəfə olaraq şəxsiyyət vəsiqələri verilib.

Virtualaz.org Penitensiar xidmətin saytına istinadən bildirir ki, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Həbsxanasında bununla bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Penitensiar xidmət və Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.

Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara Həbsxana ərazisində yaradılmış meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.

Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verildi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu