Saatlı rayonunda avtomobil aşıb


Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 16-ci kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1979-ci il təvəllüdlü İmanov Əşrəf Mirzə oğlu "Mercedes" markalı, “90-ZP-779” dövlət nömrə nişanlı avtomobillə yüksək sürətdə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşaraq yolun kənarına düşüb.

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu