Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə olundu
Bu barədə "Report"a həmin məktəbdən bildirilib.
Məlumata görə, yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.
Məktəbdə olan bütün şagirdlər təxliyyə olunub. "Hələlik xəsarət alanların olub-olmaması barədə bizdə heç bir məlumat yoxdur", - məktəbdən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “Report”a bildirib ki, hadisə ilə əlaqədar səhər saatlarında çağırış daxil olub: “Hadisə yerinə iki həkim briqadası göndərilib”.